Müəllif - Eldar Kərimov - Banco.az
Amerika aerokosmik korporasiyası "Boeing Co." fevralda müştərilərə 44 təyyarə tədarük edib, bunlara 32 ədəd 737 ailəsinə aid təyyarə daxildir.
Eyni zamanda, "Boeing"in əsas rəqibi "Airbus SE" keçən ay cəmi 40 təyyarə tədarük edib.
Beləliklə, böhran içində olan "Boeing" ardıcıl ikinci ay "Airbus"u tədarük göstəricilərində üstələyib.
İlin əvvəlindən "Boeing" alıcılara 89 kommersiya təyyarəsi təhvil verib, "Airbus" isə 65 təyyarə.
Bununla belə, "Boeing" hələ də keçən ilki tətilin nəticələrindən qurtulmaqdadır. Tətil səbəbindən şirkət bir neçə ay ərzində istehsal gücünün böyük hissəsini dayandırmalı olub.
Şirkət üçün problem Ağ Evin xarici ticarət siyasəti və Çinlə qarşıdurma ola bilər, çünki Çin "Boeing"in ən böyük xarici bazarıdır. Keçən ay şirkət bu ölkəyə səkkiz təyyarə tədarük edib.