Müəllif:Mehin Qasımova, Banco.az
Qiymət sabitliyini qorumaq çətin olacaq.
Banco.az xəbər verir ki, bu sözləri Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard deyib.
Beynəlxalq nizamın qurulmuş qaydalarının alt-üst edildiyini vurğulayan Laqard bildirib ki, dünya cəmi bir neçə ay əvvəl ağlasığmaz siyasi qərarların şahidi olur.
ECB-nin ABŞ-dakı siyasi dəyişikliklər və iqtisadi qeyri-müəyyənlik qarşısında böyük çətinliklərlə üzləşdiyini ifadə edən Laqard, ticarət, müdafiə və iqlim problemlərindən qaynaqlanan şokların Avrozonada inflyasiya nisbətlərini artırma riski daşıdığı barədə xəbərdarlıq edib.
"Biz qeyri-adi dərəcədə yüksək qeyri-müəyyənlik səviyyəsi ilə üz-üzəyik. Yeni dövrdə qiymət sabitliyini qorumaq çətin olacaq. Bu, bizim inflyasiya hədəfimizə mütləq sadiqliyi, hansı növ şokların monetar reaksiya tələb edəcəyini ayırd etmək bacarığını və lazımi cavab vermək üçün çevikliyi tələb edəcək", - Laqard bildirib.