Müəllif:Mehin Qasımova, Banco.az
ABŞ hökumətinin büdcəsi korrupsiya və saxtakarlıq səbəbindən keçmiş prezident Co Baydenin administrasiyası dövründə təxminən 500 milyard dollar itirib.
Banco.az xəbər verir ki, bu barədə ABŞ Hökumətinin Səmərəliliyi Departamentinə (DOGE) nəzarət edən İlon Mask deyib.
“Bayden dövründə dövlət büdcəsi mənimsəmə səbəbindən yarım trilyon dollar itirdi. Biz bunu minimuma endirməyə, vergi ödəyicilərinin pullarına qənaət etmək üçün əlimizdən gələni etməyə çalışırıq”, - Mask müsahibəsində deyib.
Qeyd edək ki, yanvarın 20-də ABŞ prezidenti Donald Trampın andiçmə mərasimindən dərhal sonra DOGE ABŞ-ın büdcə xərclərinin geniş miqyaslı auditinə başlayıb. Mask, agentliyin hökumət xərclərini 2 trilyon dollar azaltmağı gözlədiyini deyib.