Bankların Bahar kampaniyaları – 2025 | Banco.az

Bankların Bahar kampaniyaları – 2025

Müəllif: Gülnar Əhmədli, Banco.az

Yazın gəlişi səbəbilə ölkə bankları bir sıra kampaniyalara start veriblər. 

Banco.az müştərilərin bu endirimlərdən xəbərdar olması və onlardan yararlana bilməsi üçün bankların bahar kampaniyalarını təqdim edir: 

ABB

1. ABB Biz Mobil POS xidmətində fərdi sahibkarlara bayram fürsəti yaradıb. 31 mart 2025-ci il tarixinədək Mobil POS alıb, il sonuna qədər ödənişləri komissiyasız qəbul edə bilərsiniz.

Sifariş etmək üçün: https://bit.ly/abb-biz

2. 15 aprel tarixinədək yeni TamKart kredit kartı ilə 100 AZN və daha çox xərcləyib, restoranlar, ərzaq mağazaları, Trendyol, elektronika kateqoriyalarında əlavə 10% keşbek əldə edə biləcəksiniz. Hər kateqoriya üzrə maksimum 10 AZN, ümumilikdə 40 AZN keşbek qazanmaq mümkündür. 

Azər Türk Bank

Bank atb debit və premium kartı, yeni nəsil atb əməkhaqqı kartı üzrə kart qalığına hesablanan gəliri 8%-ə yüksəldib. Kampaniya 31 may 2025-ci il tarixinədək qüvvədədir.

Bank Respublika

Bankın kredit kampaniyası çərçivəsində istənilən peşə sahibləri nağd krediti maaşın 15 mislinədək və zaminsiz götürmək imkanı əldə edəcək.

  • İllik faiz dərəcəsi - min.10%
  • Məbləğ - 50.000 AZN
  • Müddət - 60 ayadək

Krediti banka gəlmədən, Mobil Şöbə əlavəsində selfi çəkib göndərərək sifariş edə bilərsiniz. 

Ətraflı: https://bit.ly/4krcOwE

Unibank

Aprelin 30-dək UPOS-a qoşulan bütün biznes sahibləri üçün biznes kartı pulsuz təqdim edilir. UPOS-a qoşulmaqla hansı üstünlüklər sizi gözləyir:

  • Xidmət haqqı – 0 AZN;
  • Pulun daha tez köçürülməsi;
  • Kartdakı pula dərhal çıxış imkanı;
  • Onlayn qoşulma.

PAŞA Bank

1. Bankda “mPOS” mobil POS-terminalını sifariş edib, korporativ “Visa” biznes kartı hədiyyə qazana bilərsiniz.

Kampaniyanın bitmə tarixi: 25 may. Biznesinizi çiçəkləndirən təklifi qaçırmamaq üçün indi müraciət edin: https://pshb.az/4kiDHCS

2. İndi pulsuz və onlayn biznes hesabı açaraq “Tarifim” ilə 1 000 000 AZN-dək ölkədaxili komissiyasız ödəniş imkanı əldə edə bilərsiniz.

Kampaniya çərçivəsində 100 AZN dəyərində “Umico” və ya “Azpetrol” kartını hədiyyə qazanırsınız. Kampaniya 19.03.2025-ci il tarixinədək keçərlidir.

Ətraflı məlumat üçün keçid edin: https://pshb.az/3X5WQy2

BTB Bank

Bank manatla əmanətlərinizə 12% gəlir qazanmaq fürsəti yaradıb. 

  • Müddət: 6-36 ay
  • Faizlərin ödənilməsi: Aylıq və ya müddətin sonunda
  • Minimal məbləğ: 100 AZN
  • Əmanətlər sığortalanır.

Kampaniya 31.05.2025 tarixinədək keçərlidir.

Rabitəbank

Bank bahar fəslinə özəl sərfəli kredit təklif edir. 

  • 10.5%-dən
  • 0% komissiyalı
  • 48 ayadək ödəniş imkanı

Ətraflı: https://rbt.az/KREDIT-AL

Yelo Bank

31 martadək davam edəcək kampaniya çərçivəsində krediti illik cəmi 9.9%-lə (50 000 AZN-dək) əldə edə biləcəksiniz. 

Premium Bank

10-18 mart tarixlərində “Premium Bank Visa Miles” kartları ilə partnyor məkanlarda alış-veriş edib 2 qat mil qazana bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram