Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 10%-ə yaxın artıb | Banco.az

Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 10%-ə yaxın artıb

2025-ci ilin yanvar-fevral aylarında yeni nəsil nəzarət-kassa aparatları (NKA)vasitəsilə qeydə alınan dövriyyə 3 milyard 908,2 milyon manat təşkil edib.

Bu barədə  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

    Qeyd edilib ki, bu göstəricinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 345,4 milyon manatdan və ya 9,7%-dən çoxdur. İndiyədək ölkə ərazisində 104.995 ədəd yeni nəsil NKA quraşdırılıb.