Çin avtomobil istehsalçısı "XPeng" Motors 2026-cı ilə qədər uçan nəqliyyat vasitələri (V) istehsal etməyi planlaşdırır.
Banco.az xəbər verir ki, bunu şirkətin idarə heyətinin sədri He Syaopen bildirib.
“2026-cı ildə "XPeng", bizim “quru təyyarədaşıyıcısı” adlandırdığımız bölünmüş uçan avtomobilin ilk kütləvi istehsalına başlamağı planlaşdırır”, – şirkətin rəhbəri bildirib.
Onun sözlərinə görə , bu, Çin üçün qlobal bazarlarda böyük bir addım olacaq.
Şirkət rəhbəri əlavə edib ki, idarəetmə sisteminə AI (süni intellekt) texnologiyaları daxil olacaq. Məsələn, bu, avtonəqliyyat vasitələrinin “dayanacaqdan dayanacağa” avtonom idarə edilməsində həyata keçiriləcək.