Amerika administrasiyasının xarici məhsullara tətbiq etdiyi gömrük rüsumları ABŞ-ı yenidən zənginləşdirəcək.
Banco.az xəbər verir ki, bunu Amerika lideri Donald Tramp jurnalistlərə bildirib.
"Düşünürəm ki, tariflərin tətbiqi bir ölkə olaraq gördüyümüz ən böyük iş olacaq. Bu, ölkəmizi yenidən zənginləşdirəcək", - dövlət başçısı hesab edir.
Eyni zamanda Tramp müsahibəsində onun administrasiyasının tətbiq etdiyi tariflərin bu il ABŞ-da tənəzzülə səbəb olacağına inanıb-inanmadığı sualına cavab verməkdən imtina edib.
"Mən sizə deyim, əlbəttə ki, siz buna şübhə edə bilərsiniz. Kim bilir tənəzzül olub-olmayacağı? Mən yalnız bir şeyi bilirəm: yüz milyardlarla dollar tariflər alacağıq və biz o qədər varlanacağıq ki, bütün bu pulları nə vaxt xərcləyəcəyinizi bilməyəcəksiniz. Sizə deyirəm, bir baxın. Bizdə iş yerləri olacaq. Fabriklərimiz açılacaq. Hər şey gözəl olacaq", - deyə dövlət başçısı yekunlaşdırıb.