Tramp bu ölkəyə milyardlarla dollar sərmayə qoyacaq | Banco.az

Tramp bu ölkəyə milyardlarla dollar sərmayə qoyacaq

Birləşmiş Ştatlar Qrenlandiyada yeni iş yerləri yaratmaq və onun rifahını yaxşılaşdırmaq üçün milyardlarla dollar sərmayə qoymağa hazırdır.

Banco.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp  bildirib.

"Konqresin birgə iclasındakı çıxışımda açıqladığım kimi, Birləşmiş Ştatlar Qrenlandiya xalqının öz gələcəyini təyin etmək hüququnu qətiyyətlə dəstəkləyir. İkinci Dünya Müharibəsindən bəri etdiyimiz kimi, sizi təhlükəsiz saxlamaqda davam edəcəyik. Yeni iş yerləri yaratmaq və sizi zənginləşdirmək üçün milyardlarla dollar sərmayə qoymağa hazırıq və seçsəniz, sizi Amerika Birləşmiş Ştatlarının ən böyük ölkəsinin bir hissəsi olmağa dəvət edirik!", - dövlət başçısı qeyd edib.

Tramp bundan əvvəl bir neçə dəfə Qrenlandiyanın ABŞ-a aid olduğunu bildirib. O, Danimarka adadan imtina etməsə, onu yüksək ticarət rüsumları tətbiq edəcəyi ilə hədələyib.