Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin fevral ayının 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların kredit qoyuluşları 27 mlrd. 514 mln. manat təşkil edib. Bunun da 76.5%-i və ya 21 mlrd. 46 mln. manatı Bakı şəhərinin payına düşüb.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, Bakı şəhərinə kredit qoyuluşularının həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 16.3% və ya 2 mlrd. 945 mln. manat artıb.
Qeyd edək ki, 2024-cü ilin fevral ayının 1-nə Bakı şəhərinə kredit qoyuluşları 18 mlrd. 101 mln. manat olub.
Bizi sosial şəbəkələrdən izləyin!!