ABŞ-də xarici ticarət kəsiri rekord həddə çatdı | Banco.az

ABŞ-də xarici ticarət kəsiri rekord həddə çatdı

ABŞ-ın xarici ticarət kəsiri yanvar ayında bütün zamanların ən yüksək səviyyəsinə çatıb və aylıq 34 faiz artaraq 131,4 milyard dollara çatıb. 

Banco.az xəbər verir ki, bu  ABŞ Ticarət Nazirliyinin yanvar ayı üzrə açıqladığı məlumatda öz əksini tapıb.

Ötən ilin dekabrında ABŞ-ın xarici ticarət kəsiri 98,1 milyard dollar təşkil etmişdi. Ölkənin xarici ticarət kəsiri yanvar ayında isə bir əvvəlki aya görə 34 faiz artaraq 131,4 milyard dollara çatıb. 

Eyni dövrdə ABŞ-ın idxalı 10 faiz artaraq 401,2 milyard dollara çatıb və bu, bütün zamanların ən yüksək göstəricisi olub.