İlon Maskın sərvəti azaldı | Banco.az

İlon Maskın sərvəti azaldı

İlon Maskın sərvəti 2024-cü il dekabrın 17-dən etibarən 110,8 milyard dollar azalaraq, Tesla səhmlərinin dəyərinin azalması səbəbindən 353,2 milyard dollara düşüb.

Banco.az xəbər verir ki, bu barədə Forbes jurnalı yazıb.

Maskın şirkəti ABŞ-ın tarifləri səbəbindən böyük itkilərə məruz qalıb, çünki Çin Tesla elektrik avtomobilləri üçün ikinci ən böyük bazardır və əlavə olaraq istehsalda Kanadadan hissələrin idxalına arxalanır.

Nəşrin məlumatına görə, ABŞ prezidenti Donald Trampın Kanada və Meksikaya qarşı yeni tariflər tətbiq etməsi və Çindən gələn mallara rüsumları artırması fonunda Tesla səhmləri 15% ucuzlaşıb, nəticədə Mask bir gündə 1,5 milyard dollar itirib.