Call-center VTB (Аzərbaycan) il ərzində 30 min zəng qəbul edib. | Banco.az

Call-center VTB (Аzərbaycan) il ərzində 30 min zəng qəbul edib.

Bank VTB (Azərbaycan) ASC-nin call-center bir illik fəaliyyətinin yekunlarını elan edib. Onlayn konsultasiyaların köməyi ilə saytda daxil olan 2 608 müraciət və 750-dən yuxarı  onlayn sifariş işlənilmişdir. Call-centerin əsas vəzifələri Bankdan kənar satışlara dəstək, gecikdirmiş kreditlərin izlənməsi, daxil olan zənglər üzrə konsultasiyaların aparılmasından ibarətdir. Habelə, Call-centerin köməyi ilə il ərzində bank tərəfindən təklif olunan müxtəlif kredit məhsulları üzrə 211 satış həyata keçirilib ki, onların da məbləği 1 700 000 manat təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

      “Birinci il çox məhsuldar olub. Çünki Bank VTB (Azərbaycan) ilə ilk əlaqə hal hazırda bizim call-center vasitəsilə həyata keçirilir. Ən əsası Bankın kredit məhsullarının seçimində müştərini  düzgün istiqamətləndirməkdir. Bizim operatorlar sutka boyu 24/7 rejimində çalışırlar” – deyə Bank VTB (Azərbaycan)-ın call-center şöbəsinin müdiri A. Əhmədov məlumat verdi.

Ən sərfəli krediti almaq üçün müraciət et