Ötən ay Azərbaycanın pomidor ixracından qazancı 15 mln. dollara yaxın olub | Banco.az

Ötən ay Azərbaycanın pomidor ixracından qazancı 15 mln. dollara yaxın olub

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin yanvar ayında Azərbaycan 14.7 mln. ABŞ dolları dəyərində pomidor ixrac edib. Bu, illik müqayisədə 1.9 milyon dollar və ya 11.4% azdır. 

Banco.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında qeyd edilib. 

Bildirilib ki, 2024-cü ilin ilk ayında pomidor ixracının ümumi dəyəri 16.6 milyon dollara bərabər olub.

Qeyd edək ki, ötən ay ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (21.1 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda karbamid (21 milyon ABŞ dolları) ikinci, xurma (19.3 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram