"Bitcoin" və "Ethereum" ABŞ kriptovalyuta ehtiyatının əsasını təşkil edəcək | Banco.az

"Bitcoin" və "Ethereum" ABŞ kriptovalyuta ehtiyatının əsasını təşkil edəcək

"Bitcoin"  və "Ethereum"  ABŞ kriptovalyuta ehtiyatının əsasını təşkil edəcək.

Banco.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Truth Social-da yazıb.

"Və açıq şəkildə BTC və ETH, eləcə də digər qiymətli kriptovalyutalar ehtiyatın mərkəzində olacaq. Mən də Bitcoin və Ethereum-u sevirəm. Strateji ehtiyata Cardano (ADA), Solana (SOL) və Ripple (XRP) kriptovalyutaları da daxil olacaq. ABŞ-ın kriptovalyuta ehtiyatı Bayden administrasiyasının uzun illər korrupsiya hücumlarından sonra bu kritik sənayeni yüksəldəcək. Mən ABŞ-ı dünyanın kripto paytaxtı edəcəm. Biz Amerikanı yenidən möhtəşəm edəcəyik!" –   deyə ABŞ prezidenti bildirib.