Müəllif: Tamara Mustafayeva, Banco.az
Tramp “Chevron”un Venesuelada neft hasilatı və satışı üçün əvvəlki administrasiya tərəfindən verilmiş lisenziyasını ləğv etdiyini açıqlayıb.
Banco.az xəbər verir ki, Donald Tramp ABŞ-ın enerji şirkəti “Chevron”un Venesuelada neft hasil etmə və satma lisenziyasını ləğv etmək qərarına gəlib.
2022-ci ilin noyabr ayında Co Bayden administrasiyası tərəfindən verilmiş bu lisenziya ABŞ sanksiyalarına görə çətin vəziyyətdə olan Venesuela iqtisadiyyatına mühüm maliyyə dəstəyi təmin edirdi.
Qərar 1 mart 2025-ci ildən etibarən qüvvəyə minəcək. Tramp lisenziyanın ləğv edilməsinin səbəbi kimi Venesuela Prezidenti Nikolas Maduronun seçki islahatlarını irəlilətməməsini və ABŞ-da yaşayan venesuelalı miqrantların geri qaytarılmasını sürətləndirməməsini göstərib.
“Chevron”un lisenziyası Venesuelanın neft hasilatını artırmasına kömək etmiş və Maduro hökuməti üçün əhəmiyyətli maliyyə mənbəyi yaratmışdı. Şirkət Venesuelada gündəlik təxminən 240 min barrel neft hasil edir və bu miqdar ölkənin ümumi istehsalının təxminən 25%-ni təşkil edirdi.
Bizi sosial şəbəkələrdən izləyin!!