Müəllif: Gülnar Əhmədli, Banco.az
Çexiya 2025-ci ilin yanvar ayında Azərbaycandan 202 milyon 264 min dollar dəyərində neft idxal edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Çexiyanın idxal etdiyi neftin həcmi isə 364 min 669 ton təşkil edib.
Qeyd edək ki, yanvar ayında Çexiya Azərbaycanın 3 əsas neft idxalçısından biri olub. Ən çox neft ixrac etdiyimiz birinci ölkə İtaliya (1.7 milyon ton), ikinci ölkə isə Almaniya (410 min ton) olub.
Bizi sosial şəbəkələrdən izləyin!!