Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda fəaliyyət göstərən bankların ötən ay cəlb etdikləri depozitlər üzrə ödədikləri faizlər 100.8 milyon manat təşkil edib.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2024-cü ilin yanvarı ilə müqayisədə 38.7 milyon manat (62.3%) çoxdur.
Xatırladaq ki, 2024-cü ilin yanvar ayında banklar 62.1 milyon manatlıq depozit faizləri ödəyiblər.
Hesabat dövrü ərzində bankların faiz və onlarla bağlı xərcləri isə 134.2 milyon manat olub.
Bizi sosial şəbəkələrdən izləyin!!