Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bankları 2025-ci ilin yanvar ayında müştərilərə verilmiş kreditlərdən 294.9 milyon manat faiz gəlirləri əldə ediblər.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 55.2 milyon manat və ya 23% çoxdur.
Banklar 2024-cü ilin yanvarında 239.7 milyon manat kreditlər üzrə faiz gəlirləri əldə etmişdilər.
Ötən ay bankların cəmi faiz və gəlirlərin bu qəbildən olan növləri üzrə gəlirləri illik müqayisədə 56.2 milyon manat (17,5%) artaraq 377.2 milyon manata yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!