Azərbaycan Banklar Assosiasiyasının Ümumi Yığıncağı keçirilib | Banco.az

Azərbaycan Banklar Assosiasiyasının Ümumi Yığıncağı keçirilib

21 fevral 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi Yığıncağı keçirilmişdir. Yığıncağı giriş sözü ilə açan ABA-nın prezidenti Zakir Nuriyev iclasın gündəliyində olan məsələlər barədə məlumat verib.

İclasın gündəliyinə ABA-nın və onun törəmə qurumlarının 2024-cü il üzrə fəaliyyətinə dair ümumi və maliyyə hesabatının, 2025-ci il üzrə iş planının, cari ildə ABA-nın yaranmasının 35 illik və Azərbaycan Bank-Maliyyə Tədris Mərkəzinin 25 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlər planının, eləcə də ABA-nın Rəyasət Heyətinin və Audit Komitəsinin tərkibinin və rəhbər heyətinin təsdiqi daxil edilmişdi.

İclasda yuxarıda qeyd edilən məsələlər ətrafında müzakirələr aparılmış və müvafiq qərarlar alınmışdır.

Eyni zamanda, ABA-nın Rəyasət Heyəti aşağıdakı tərkibdə təsdiq edilmişdir:

  •  “Rabitəbank” ASC-nin müşahidə Şurasının sədri Zakir Nuriyev - ABA-nın prezidenti;
  • “ABB” ASC-nin İdarə Heyəti sədri Abbas İbrahimov - ABA-nın vitse-prezidenti;
  • “Paşa Bank” ASC-nin İdarə Heyəti sədri Cavid Quliyev;
  • “Kapital Bank” ASC-nin İdarə Heyəti sədri Fərid Hüseynov;
  • “XalqBank” ASC-nin Müşahidə Şurasının sədri Asim Məmmədli;
  • “Bank Respublika” ASC-nin Müşahidə Şurasının sədri Şakir Rəhimov;
  • “Bank of Baku” ASC-nin Müşahidə Şurasının sədri Elçin İsayev;
  • “UniBank” ASC-nin Müşahidə Şurasının sədri Eldar Qəribov;
  • “YapıKrediBank Azərbaycan” ASC-nin İdarə Heyəti sədri Cenk Yüksel;
  • “Ziraatbank” ASC-nin İdarə Heyətinin sədri Dr. Səlcuq Dəmir;
  • “AqrarKredit” BOKT-un İdarə Heyəti sədri Məmməd Musayev;

Qeyd edək ki, ABA 1990-cı ildə təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir.  Hazırda, 22 bank və 2 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 28 təşkilat ABA-nın üzvüdür