Əhalinin banklardakı əmanətləri 277 mln. manata yaxın azalıb | Banco.az

Əhalinin banklardakı əmanətləri 277 mln. manata yaxın azalıb

Ötən ilin sonunda Azərbaycanda rekord səviyyəyə yüksələn əhalinin banklardakı əmanətləri yanvar ayında azalmağa başlayıb.

         Azərbaycan Mərkəzi Bankı  xəbər verir ki, bu il fevralın 1-nə əhalinin banklardakı əmanətləri 14 mlrd. 385.4 mln. manat təşkil edib. Bu isə əvvəlki ayla müqayisədə 1,8% və ya 276,5 mln. manat azdır.

        Ötən ilin sonuna bu rəqəm 14 mlrd. 661,9 mln. manat təşkil edib.

        Fiziki şəxslərin əmanətlərinin 66%-i (9,497 mln. manat) milli valyutada, 34%-i (4,888.4 mln. manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 60.8%-i (8,746.8 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri yanvar ayında 1.7% və ya 146 mln. manat artıb.

        Qeyd edək ki, əhalinin banklardakı əmanətlərinin həcmi 2021-ci ildən 2024-cü ilin sonuna kimi davamlı artım tendensiyası nümayiş etdirib.

        APA