Müəllif: Tamara Mustafayeva, Banco.az
“Apple” şirkəti ABŞ-da 20 min yeni işçi işə götürəcəyini açıqlayıb.
Banco.az xəbər verir ki, ABŞ prezidenti Trampın Çindən idxal ediləcək məhsullara tətbiq edəcəyi əlavə rüsumlardan xilas olmağa çalışan “Apple” şirkəti ABŞ-da 20 min yeni işçi qəbul edəcəyini elan edib. Şirkət həmçinin ABŞ-da süni intellekt serverləri də quracağını açıqlayıb.
“Apple”ın bəyanatında qarşıdakı 4 il ərzində, o cümlədən Hyustonda yeni bir server istehsalı müəssisəsinin yaradılması da daxil olmaqla, müxtəlif investisiyalar üçün 500 milyard dollar sərmayə yatırılacağı bildirilib.
Bu açıqlamalar “Apple”ın baş direktoru Tim Kuk ilə prezident Trampın Oval kabinetdə keçirdikləri görüşdən bir neçə gün sonra gəlib.
Tramp ötən həftəki görüşdən sonra "Yüz milyardlarla dollar sərmayə yatıracaq" deyərək iPhone istehsalçısının yerli bazara investisiya qoyduğunu, çünki gömrük rüsumları ödəmək istəmədiyini vurğulamışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!