Almaniyanın biznes nikbinliyi “seçkilər”dən sonra güclənib | Banco.az

Almaniyanın biznes nikbinliyi “seçkilər”dən sonra güclənib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyanın biznes nikbinliyi “seçkilər”dən sonra güclənib.

Banco.az xəbər verir ki, IFO proqnozlar indeksi fevral ayında 84,3 punktdan 85,4 punkta yüksəlib. “Bloomberg”in sorğusunda iştirak edən iqtisadçıların gözləntisi isə 85 idi.

İş mühiti indeksi fevral ayında dəyişməyərək 85,2 səviyyəsində qaldı. Öncəki ayın göstəricisi də 85,2 olaraq yenidən nəzərdən keçirilib.

Cari vəziyyət indeksi isə 86-dan 85-ə geriləyib.

Ifo prezidenti Klement Fuest açıqlamasında, "Almaniya iqtisadiyyatı işlərin necə inkişaf edəcəyini görmək üçün gözləyir. Şirkətlər mövcud işlərdən daha az məmnun olsalar da, gözləntilər bir qədər artıb" ifadəsini işlədib.

Ölkədə ÜDM-in 2024-cü ildə daralmasından sonra iqtisadiyyatın sürətli və güclü bərpası hələ də mümkün görünməsə də, gözləntilər bir qədər daha pozitivləşir.

Almaniyada son açıqlanan göstəricilər də müsbət inkişaflara işarə edirdi. Fevral ayında özəl sektorun aktivliyi gözləntiləri üstələyib, investor inamı isə son iki ilin ən yüksək artımını qeydə almışdı.

Bununla belə, ölkə hələ də zəif qlobal tələbat, Rusiya enerji təchizatının kəsilməsi, həddindən artıq tənzimləmələr və ixtisaslı işçi çatışmazlığı kimi struktur problemləri səbəbindən dövri zəifliklə mübarizə aparır. ABŞ prezidenti Donald Trampın ticarət sahəsində yaratdığı təhdidlər də Almaniya iqtisadiyyatı üçün əlavə risklər yaradır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram