Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti yaxın aylarda ilk dəfə Dövlət İnformasiya Ehtiyatları üzrə "Bug bounty" proqramı elan edəcək.
Bunu Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov təmsil etdiyi qurumun Bakıda keçirdiyi “Dövlət Qurumları IT Rəhbərlərinin V Zirvə Toplantısı”nda bildirib.
Onun sözlərinə görə, bunun nəticəsində Dövlət İnformasiya Ehtiyatlarında tapılan boşluqlara görə mükafatlandırma həyata keçiriləcək.
"Bug bounty" şirkətlərin proqram təminatı, məhsulları və yaxud infrastrukturu ilə bağlı problemləri tapmaq üçün insanlara pul ödənilən bir proqramdır. "Bug bounty " iştirakçıları ağ hakerlər və yaxud səhv ovçuları adlanır", - deyə idarə rəisi əlavə edib.
report