Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda bu ilin yanvar ayında geyim istehsalı azalıb. Belə ki, ötən ay 6,8 milyon manat dəyərində geyim istehsal edilib.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
2024-cü ilin yanvar ayı ilə müqayisədə geyim istehsalında 43,3% azalma müşahidə olunub.
Həmçinin, bu dövrdə ölkədə toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 57,6 milyon manat dəyərində məhsul istehsal edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!