Azərbaycana ötən ay 139 ədəd elektromobil idxal edilib | Banco.az

Azərbaycana ötən ay 139 ədəd elektromobil idxal edilib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana bu ilin yanvar ayında 139 ədəd yalnız elektriklə işləyən (elektromobil) avtomobil idxal edilib.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata görə, ötən il ölkənin elektromobil idxalının dəyəri isə 6 milyon 588 min dollar olub. 2025-ci ilin yanvar ayında elektromobil idxalı 2024-cü ilin eyni ayı müqayisədə miqdar baxımından 100 ədəd, dəyər ifadəsində isə 3 milyon 75 min dollar və ya 31,8% azalıb.

Xatırladaq ki, 2024-cü ilin eyni dövründə idxal edilən elektromobillərin sayı 239 ədəd, dəyəri 9,7 milyon dollar təşkil edib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram