İngiltərədə inflyasiya son 10 ayın ən yüksək səviyyəsinə çatıb | Banco.az

İngiltərədə inflyasiya son 10 ayın ən yüksək səviyyəsinə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniyada illik inflyasiya yanvar ayında 3%-ə yüksəlib ki, bu, 2024-cü ilin martından bəri ən yüksək səviyyədir.

Banco.az xəbər verir ki, Böyük Britaniyada istehlak qiymətləri təhsil sektorunda müşahidə olunan əlavə dəyər vergisinin təsiri ilə son 10 ayın ən sürətli illik artımını qeydə alıb.

Yanvar ayında ölkədə illik inflyasiya 3 faiz olub. “Bloomberg” sorğusunda iştirak edən iqtisadçılar illik inflyasiyanın 2,8 faiz olacağını proqnozlaşdırırdılar. Dekabr ayında isə illik inflyasiya 2,5 faiz səviyyəsində qeydə alınmışdı.

Aylıq müqayisədə isə istehlak qiymətləri 0,1 faiz azalıb. Əvvəlki ay aylıq 0,3 faiz artan istehlak qiymətlərinin yanvar ayında 0,3 faiz azalması gözlənilirdi.

Yanvar ayında illik əsas inflyasiya 3,7 faiz səviyyəsində olub və proqnozlara uyğun gəlib. Dekabr ayında isə əsas inflyasiya 3,2 faiz qeydə alınmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram