Araşdırma: Gülnar Əhmədli, Banco.az
Bankların SMS məlumatlandırma xidmətlərinin qiymətini araşdırdıq. Bu xidmətin üstünlüyü ondadır ki, SMS-də karta mədaxil edilən pulun məbləği, köçürmə, alış-veriş və ya hər hansı ödənişlə bağlı məlumatla yanaşı, əgər komissiya tutulubsa, onun məbləği və balans öz əksiniz tapır. Əlbəttə ki, bu bildirişlər bankın mobil tətbiqində də öz əksini tapır. Lakin fərq ondan ibarətdir ki, bu zaman siz mobil tətbiqə girmədən bu bildirişi əldə edirsiniz. Digər bir məqam isə mobil tətbiqdən istifadə üçün internetin olmasının vacibliyidir. Bundan əlavə, banklar öz müştərilərinə yeniliklər və ya kampaniyalar barədə də bu şəkildə bildirişlər göndərir. Xidməti aktivləşdirmək isə müştərinin seçimindən asılıdır.
Debet kartlarında bankların SMS məlumatlandırma xidmətinin tarifləri cədvəldə əks olunub.
Bizi sosial şəbəkələrdən izləyin!!