Coca-Cola IV rübdə xalis mənfəətini 11%, gəlirlərini isə 6% artırıb | Banco.az

Coca-Cola IV rübdə xalis mənfəətini 11%, gəlirlərini isə 6% artırıb

Müəllif - Eldar Kərimov/Banco.az

 Dünyanın ən böyük alkoqolsuz içki istehsalçısı olan Coca-Cola Co., 2024-cü ilin dördüncü rübündə xalis mənfəətini 11%, gəlirlərini isə 6% artırıb.

Coca-Cola-nın press-relizinə görə, oktyabr-dekabr dövründə xalis mənfəət 2,2 milyard dollar olub (ötən il bu göstərici 1,97 milyard dollar idi). Səhmlərə düşən mənfəət isə 0,51 dollara yüksəlib (ötən il 0,46 dollar).

Xüsusi faktorlar nəzərə alınmadan mənfəət 0,55 dollar/səhm təşkil edib ki, bu da FactSet analitiklərinin 0,52 dollar proqnozunu üstələyib.

Şirkətin kvartal gəliri 11,54 milyard dollar olub (ötən il 10,85 milyard dollar). Ekspertlərin orta proqnozu 10,68 milyard dollar idi. Orqanik gəlir artımı 14% təşkil edib.

 Satışlar məhsul vahidləri üzrə 2% artıb

Orta satış qiyməti 9% yüksəlib

Regionlar üzrə gəlirlər:

Şimali Amerika16% artım

Latın Amerikası10% artım

  • EMEA (Avropa, Yaxın Şərq, Afrika)6% artım
  • Asiya-Sakit Okean regionu9% artım

Məhsul kateqoriyaları üzrə satışlar:

  1.  Qazlı içkilər2% artım
  2.  Su, idman içkiləri, çay və qəhvə2% artım
  3.  Şirələr, süd əsaslı içkilər və bitki əsaslı içkilər1% azalma
  4.  2024-cü il üzrə ümumi xalis mənfəət 1% azalaraq 10,63 milyard dollar olub (2,46 dollar/səhm).
  5.  İllik gəlir 3% artaraq 47,06 milyard dollar təşkil edib. Orqanik artım 12% olub.

2025-ci il proqnozları:

  • ✔ Orqanik gəlir artımı 5-6%
  • ✔ Səhm başına düzəliş olunmuş mənfəətin 2-3% artması

Coca-Cola səhmləri 3,6% bahalaşıb. Son 12 ayda isə 8,8% artım qeydə alınıb.