Bu ilin ilk ayında sosial sığorta ödəmələri 12%-ə yaxın artıb | Banco.az

Bu ilin ilk ayında sosial sığorta ödəmələri 12%-ə yaxın artıb

2025-ci ilin yanvar Azərbaycanda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 443,4 milyon manatdan çox olub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xəbər verir ki, bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,6 faiz və ya 46,1 milyon manatdan çox artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 12,6 faiz artaraq 321,0 milyon manatdan çox olub.

    Qeyd edilib ki, işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 18,4 faiz artaraq 16 milyon manata olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 14,9 faiz artıb və 13 milyon manatdan çox təşkil edib.

    Hesabat dövründə icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə ötən ilin eyni dövrüni nisbətə 10,2 faiz artaraq 79,3 milyon manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 8,1 faiz artıb və 61 milyon manata yaxın təşkil edib.

    apa