Fevralın 12-da kriptovalyuta birjalarında "Bitkoin" ucuzlaşıb.
Dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 09:34-də “Binance” platformasında 2.34% ucuzlaşaraq 95 836 dollara enib.
Paralel olaraq "Ethereum"un qiymətində də azalma müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 3.54% azalaraq 2605 dollar təşkil edib.
Qeyd edək ki, "Bitkoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.
apa