Manatın çarpaz məzənnəsi | Banco.az

Manatın çarpaz məzənnəsi

Manatın çarpaz məzənnəsi (cross course of the manat) – manatın xarici valyutalara nisbətən məzənnəsi həmin valyutaların və manatın ABŞ dollarına nisbətən məzənnələri əsasında müəyyənləşdirilir. Milli valyutaların ABŞ dollarına nisbətən məzənnələrini milli banklar ölkələrin valyuta birjalarında tələb və təklif arasındakı nisbətə əsasən müəyyənləşdirirlər. Milli banklar valyuta məzənnələri haqqında məlumatları milli valyuta birjalarında gedən alqı-satqının yekunları əsasında rəsmi bildiriş şəklində mütəmadi olaraq nəşr etdirirlər.