Avtomobillərin icbari sığortası üzrə yığımlar 170 mln. manata yaxınlaşıb | Banco.az

Avtomobillərin icbari sığortası üzrə yığımlar 170 mln. manata yaxınlaşıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda ötən il avtomobillərin icbari sığortası üzrə yığımlar 167 mln. 711 min manat olub. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, yığımlar 2023-cü illə müqayisədə 3 milyon 218 min manat və ya 1.9% azalıb.

Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi isə 2023-cü ilə nisbətən 32.8% və ya 32 milyon 88 min manat artaraq 129 mln. 997 min manata yüksəlib. 

Qeyd edək ki, 2023-cü ildə bu növ sığorta üzrə yığımların məbləği 170 mln. 929 min manat, ödənişlərin məbləği isə 97 milyon 909 min manat olub. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram