PAŞA Bank-ın kredit portfeli 468 mln. manat artıb | Banco.az

PAŞA Bank-ın kredit portfeli 468 mln. manat artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

PAŞA Bank-ın xalis mənfəəti 2024-cü ildə 210 milyon 538 min manat təşkil edib. Bu, 2023-cü illə müqayisədə 11 milyon 329 min manat və ya 5,7% çoxdur. 

Banco.az bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2024-cü ilin dekabr ayının sonuna PAŞA Bank-ın aktivləri 8 milyard 220 milyon 178 min manata bərabər olub. 

Hesabat dövründə PAŞA Bank-ın kredit portfeli 3 milyard 303 milyon 277 min manat təşkil edib ki, bu da illik 467 milyon 834 min manat (16,5%) artım deməkdir.

Bu ilin yanvar ayının əvvəlinə bankın depozit portfeli isə 6 milyard 410 milyon 56 min manat olub. Bunun da 1 milyard 888 milyon 408 min manatını fiziki şəxslərin depozitləri, 4 milyard 521 milyon 648 min manatını isə hüquqi şəxslərin depozitləri təşkil edib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram