Britaniya Ukraynaya daha 55 milyon funt-sterlinq ayıracaq | Banco.az

Britaniya Ukraynaya daha 55 milyon funt-sterlinq ayıracaq

Müəllif:Ayşən İmanova/Banco.az

Böyük Britaniya Ukraynaya 55 milyon funt sterlinq (təxminən 68,7 milyon dollar) məbləğində əlavə yardım ayıracaq.

Banco.az xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi ukraynalı həmkarı Andrey Sibiqa ilə keçirilən mətbuat konfransında deyib.

“Bu gün mən hər iki ölkəmizdə dayanıqlığın yaradılmasına və böyüməyə kömək etmək üçün Ukraynaya Böyük Britaniyanın əlavə 55 milyon funt sterlinqlik dəstəyini elan edirəm”, - nazir bildirib.

Onun sözlərinə görə, vəsait enerji sektorunun inkişafına, biznesin və sosial proqramların dəstəklənməsinə yönəldiləcək. Britaniyalı nazir qeyd edib ki, bu yardım Ukraynanın davam edən münaqişə kontekstində dayanıqlığını gücləndirmək və onun iqtisadi bərpasına kömək etmək məqsədi daşıyır