Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu dəfə Rabitəbank-ın Kartmane debet kartı haqqında məlumat hazırladıq.
Kart haqqında ümumi məlumat
Kartın müddəti 5 il, növü isə VISA Rewards Kartmane, Mastercard World Kartmane-dir.
Kart üçün illik xidmət haqqı 10 AZN təşkil edir. İlkin mədaxillə kartı pulsuz əldə etmək mümkündür (Bakı/Sumqayıt: 500 AZN/USD/EUR, digər regionlarda isə 200 AZN/USD/EUR).
Növbəti illər üzrə xidmət haqqı tutulan aydan öncəki 1 təqvim ayının hər günün sonu Kartmane hesabında qalıq minimal 500 AZN/USD/EUR və ya illik dövriyyə 3000 AZN/USD/EUR və artıq olduğu halda növbəti il üzrə xidmət haqqı tutulmur.
Debet kartların qalığına illik 4% (USD – 0.25%) dərəcəsi gündəlik hesablanır və növbəti ayın ilk iş günündə kartın balansına köçürülür. Kartın faiz hesablanan minimal qalıq məbləği 100 AZN/USD, maksimal qalıq məbləği isə 10 000 AZN/USD-dir.
Nağdlaşdırma
Ölkə daxili istənilən ATM-də 1 000 AZN/USD/EUR-dək nağdlaşdırma komissiyasızdır.
Bankın öz ATM-lərində bu vəsaitdən yuxarı məbləğlər üçün komissiya 1% (min. 1 AZN/USD/EUR) (POS – 0.4% (ayda 10 000 AZN/USD/EUR-dək pulsuz))təşkil edir.
Digər ölkədaxili bankların ATM-lərindən nağdlaşdırma komissiyası 1% (min. 3 AZN/USD/EUR) POS terminallarından isə 1.5%-dir. (min. 5 AZN/USD/EUR).
Card to card
Ölkə daxili istənilən bank kartlarına Card to Card əməliyyatları ayda 1 000 AZN/USD/EUR-dək komissiyasızdır.
Rabitəbank kartlarına 10 000 AZN/USD/EUR-dək pulsuz olmaqla 0.5% (min. 1 AZN/USD/EUR), ölkədaxili digər bank kartlarına isə ayda 1 000 AZN/USD/EUR-dək pulsuz olmaqla 1% (min. 1 AZN/USD/EUR) komissiya tutulur.
SMS məlumatlandırma xidməti üzrə aylıq abunə haqqı 5.00 AZN-dir. Xarici valyutalarda edilən ödəmələrə görə konvertasiya komissiyası 0.5%-dir.
Keşbək
Kartda kateqoriyalar üzrə maksimum 10%, minimum isə 1% keşbek qazanmaq mümkündür. Bu faizlər Apple Pay və Google Pay ödənişləri zamanı hesablanır. Fiziki kart ödənişləri isə 0,5%-dən 10%-dək keşbek qazandırır. Əsas kateqoriyalardan market və YDM-də Apple Pay və Google Pay-lə müvafiq olaraq 2% və 3% (fiziki kartla 1% və 0,5%) keşbek qazanmaq olar. Kartda ən yüksək cashback-i kinoteatrlar (10%) qazandırır. 1 ayda kateqoriyalar üzrə qazanıla biləcək maksimum keşbek məbləği 30 AZN-dir. Aylıq ümumilikdə ölkədaxili və xarici əməliyyatlara görə isə 200 AZN-dir.
Keşbek bonusları ayın son iş günü hesablanaraq, istənilən halda növbəti ayın 5-ci iş günündən gec olmamaq şərtilə müştəri hesabına oturur.
Rabitəbank-ın digər məhsul və xidmətləri barədə məlumat əldə etmək üçün linkə keçid edin: rabitabank.com
Bizi sosial şəbəkələrdən izləyin!!