ABŞ iqtisadiyyatı gözlənilən qədər artım göstərməyib | Banco.az

ABŞ iqtisadiyyatı gözlənilən qədər artım göstərməyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ iqtisadiyyatı 2024-cü ilin dördüncü rübündə proqnozlardan aşağı olmaqla 2,3% böyüyüb.

Banco.az xəbər verir ki, ABŞ iqtisadiyyatı 2024-cü ilin son rübündə illik 2,3% artıb. Proqnozlar isə 2,6% səviyyəsində idi.

ABŞ-da ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 23 yanvar ilə başa çatan həftədə 220,7 minə düşərək bazar proqnozlarından aşağı olub.

ABŞ iqtisadiyyatı 2024-cü ilin dördüncü rübündə 2,3%-lik artımla proqnolzarı qarşılamayıb.

ABŞ Ticarət Nazirliyi 2024-cü ilin oktyabr-dekabr dövrünə aid ümumi daxili məhsulun (ÜDM) ilkin göstəricilərini açıqlayıb.

Buna görə, ABŞ-da ÜDM ötən ilin son rübündə illik hesabla 2,3% artıb. Bu dövrdə artım tempinin yavaşladığı müşahidə olunub ki, ABŞ iqtisadiyyatının 2,7% böyüməsi proqnozlaşdırılırdı.

Xatırladaq ki, ölkə iqtisadiyyatı ötən ilin birinci rübündə 1,6%, ikinci rübündə 3%, üçüncü rübündə isə 3,1% artım göstərmişdi.

2024-cü il ərzində isə ABŞ iqtisadiyyatı ümumilikdə 2,8% böyüyüb.

Ötən illə müqayisədə böyümə tempində cüzi azalma qeydə alınan iqtisadiyyat 2023-cü ildə 2,9% artım göstərmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram