Banklar ötən il kredit faizlərindən 3 mlrd. manatdan çox gəlir əldə ediblər | Banco.az

Banklar ötən il kredit faizlərindən 3 mlrd. manatdan çox gəlir əldə ediblər

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bankları 2024-cü ildə müştərilərə verilmiş kreditlərdən 3 milyard 105 milyon manat faiz gəlirləri əldə ediblər.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 532 milyon manat və ya 20,7% çoxdur.

Banklar 2023-cü ildə 2 milyard 573 milyon manat kreditlər üzrə faiz gəlirləri əldə etmişdilər.

Ötən il bankların cəmi faiz və gəlirlərin bu qəbildən olan növləri üzrə gəlirləri illik müqayisədə 477 milyon manat (13,7%) artaraq 3 milyard 969 milyon manata yüksəlib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram