Britaniyada avtomobil istehsalı 14% azalıb | Banco.az

Britaniyada avtomobil istehsalı 14% azalıb

Müəllif:Ayşən İmanova/Banco.az

Böyük Britaniyada 2024-cü ildə avtomobil istehsalı 13,9% azalaraq 779,584 min ədəd olub.

Banco.az xəbər verir ki, bu barədə Avtomobil İstehsalçıları və Tacirləri Cəmiyyəti (SMMT) məlumat yayıb.

“Trading Economics” bildirib ki, bu, COVID-19 pandemiyası istisna olmaqla, 1954-cü ildən bəri ən aşağı göstəricidir.

Qeyd edilib ki, daxili bazar üçün 176,019 min avtomobil istehsal olunub (illik ifadədə 8% azalma). İxrac üçün avtomobil istehsalı 15,5% azalaraq 603,565 min olub. Beləliklə, Böyük Britaniyada istehsal olunan avtomobillərin təxminən 77,4%-i ixrac edilib.

Avropa İttifaqı ölkələri Britaniya avtomobillərinin əsas istiqaməti olaraq qalıb (ixracın təxminən 54%-ni təşkil edib), onlara çatdırılma 24,3% azalıb. Çinə ixrac 21,8% azalıb, ABŞ-yə isə 38,5% artıb.

Elektromobillərin və hibrid modellərin istehsalı 275,896 min ədədə (-20,4%) düşərək ölkədə istehsal olunan bütün avtomobillərin 35,4%-ni təşkil edib