Müəllif:Ayşən İmanova/Banco.az
2024-cü ilin dekabr ayında Avrozonada işsizlik səviyyəsi 6,3%-ə yüksəlib.
Banco.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Statistika İdarəsi (Eurostat) məlumat yayıb.
Bildirilib ki, 2023-cü ilin müvafiq dövründə işsizlik səviyyəsi 6,5% təşkil edib.
Məlumata görə, regionda işsizlərin sayı dekabrda əvvəlki ayla müqayisədə 96 min nəfər artaraq 10,83 milyon nəfərə çatıb.
Eyni zamanda, işsiz gənclərin sayı (25 yaşadək əhali) 14,9%-dən 14,8%-ə düşüb.
Avrozonanın ən böyük ölkələri arasında ən aşağı işsizlik səviyyəsi Almaniyada (3,4%, bir ay əvvəlki ilə eyni), ən yüksək isə İspaniyada (noyabrdakı 10,7%-ə qarşı 10,6%) qeydə alınıb.
Fransada dekabrda işsizlik səviyyəsi 0,1 faiz bəndi artaraq 7,8 faizə, İtaliyada isə 0,3 faiz bəndi artaraq 6,2 faizə çatıb.
Ümumilikdə, Avropa İttifaqında dekabrda işsizlik noyabrda olan 5,8 faizlə müqayisədə 5,9 faiz təşkil edib. 2023-cü ilin dekabrında isə bu göstərici 6% olub