Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-ın əmtəə ticarəti kəsiri dekabrda əvvəlki ayla müqayisədə 18% artıb.
Banco.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyinin mal ticarəti balansı, topdan və pərakəndə əmtəə ehtiyatlarına dair 2024-cü ilin dekabr ayına aid məlumatlarına görə, "qabaqcıl xarici ticarət kəsiri" adlandırılan əmtəə ticarəti kəsiri ötən ilin dekabr ayında əvvəlki ayla müqayisədə 18 faiz artaraq 122,1 milyard dollara çatıb.
Bu dövrdə 105,3 milyard dollar səviyyəsində olan bazar proqnozlarını üstələyərək rekord həddə çatan əmtəə ticarəti kəsiri 2024-cü ilin noyabr ayında 103,5 milyard dollar təşkil etmişdi.
Ötən ilin dekabr ayında əmtəə ixracı 7,8 milyard dollar azalaraq 167,5 milyard dollara enib, idxalı isə 10,8 milyard dollar artaraq 289,6 milyard dollara yüksəlib.
Sözügedən dövrdə topdan əmtəə ehtiyatlarının həcmi aylıq 0,5 faiz azalaraq 898 milyard dollara, pərakəndə əmtəə ehtiyatlarının həcmi isə 0,3 faiz geriləyərək 823,3 milyard dollara düşüb.
Bizi sosial şəbəkələrdən izləyin!!