Xalq Bank Xankəndidə keçirilən “Qış Nağılı” yarmarkasının tərəfdaşı oldu | Banco.az

Xalq Bank Xankəndidə keçirilən “Qış Nağılı” yarmarkasının tərəfdaşı oldu

Xalq Bank növbəti dəfə korporativ sosial məsuliyyət layihələrini dəstəkləyərək Xankəndi şəhərində dekabrın 27-dən yanvarın 4-dək keçirilmiş “Qış Nağılı” yarmarkasının sponsoru qismində iştirak etmişdir.

Xankəndi şəhərinin Zəfər meydanında baş tutan tədbir Xankəndi, Ağdərə və Xocalı rayonları üzrə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi tərəfindən Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təşkil edilmişdir. Yarmarkada bir çox şirkət və müəssisələr təmsil olunmuş, həmçinin fərdi şəxslər öz məhsullarını nümayiş etdirmişlər. Dekabrın 28-də tədbir çərçivəsində Xankəndi şəhərində konsert proqramı da təşkil edilmişdir.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.