"Kapital Bank"ın kredit portfeli 5,2 milyard manatı ötüb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

"Kapital Bank"ın kredit portfeli 5,2 milyard manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Kapital Bank"ın xalis mənfəəti 2024-cü ilin 31 dekabr tarixinə 186 milyon 501 min manat təşkil edib.  

Banco.az bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, bu ilin 1 yanvar tarixinə "Kapital Bank"ın aktivləri illik müqayisədə 2 milyard 712 milyon 644 min manat və ya 31,3% artaraq 11 milyard 372 milyon 270 min manata çatıb. 

2024-cü ildə "Kapital Bank"ın kredit portfeli 5 milyard 211 milyon 208 min manat, depozit portfeli isə 8 milyard 978 milyon 334 min manat olub. Bunlar da 2023-cü illə müqayisədə müvafiq olaraq 939 milyon 385 min manat (22%) və 2 milyard 656 milyon manat (42%) çoxdur. 

Həmçinin qeyd edək ki, 31 dekabr 2024 tarixinə bank 1 milyard manata yaxın (976 milyon 627 min manat) məcmu kapitala malik olub. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram