Tramp kriptovalyuta işçi qrupunun sərəncamını imzalayıb | Banco.az

Tramp kriptovalyuta işçi qrupunun sərəncamını imzalayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ prezidenti Donald Tramp kriptovalyutalarla bağlı işçi qrupunun yaradılması haqqında fərman imzalayaraq seçkiqabağı vədini yerinə yetirib.

Banco.az xəbər verir ki, ABŞ Prezidenti Tramp kriptovalyutalarla bağlı işçi qrupunun yaradılması haqqında sərəncamı imzalayıb.

“Reuters”in daha əvvəl yaydığı xəbərə əsasən, kripto işçi şurasının rəqəmsal aktiv siyasəti ilə bağlı tövsiyələr verməsi, kripto qanunvericiliyi ilə bağlı Konqreslə birgə işləməsi, Trampın vəd etdiyi bitkoin ehtiyatının yaradılmasına kömək etməsi və Qiymətli Kağızlar və Birja Komissiyası, Əmtəə Fyuçers Ticarət Komissiyası və Xəzinədarlıq daxil olmaqla qurumlar arasında koordinasiyanı təmin etməsi gözlənilir.

Sərəncamın imzalanmasından sonra bitkoinin qiyməti yüksəlib.

Qeyd edək ki, eyni mərasimdə Tramp süni intellektlə bağlı iki sərəncamı və "Elm və Texnologiya Məsləhət Şurası"nın yaradılmasını nəzərdə tutan sərəncamı da imzalayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram