Bu ölkədə yoxsulluq səviyyəsi kəskin azalıb | Banco.az

Bu ölkədə yoxsulluq səviyyəsi kəskin azalıb

Müəllif:Ayşən İmanova/Banco.az

Rusiyada yoxsulluq səviyyəsi son 24 il ərzində təxminən dörd dəfə azalıb.

Banco.az xəbər verir ki, bu barədə iqtisad elmləri namizədi, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin dövlət maliyyəsi kafedrasının dosenti İqor Balınin bildirib.

Ən sərfəli kredit üçün müraciət et

O qeyd edib ki, 2000-ci ildə ölkədə yoxsulluğun səviyyəsi 29% olub. 2024-cü ilin birinci rübündə bu göstərici 9,6%, üçüncü rübdə isə artıq 8% təşkil edib.

“Yəni, 24 il ərzində yoxsulluq səviyyəsi 3,6 dəfə, eyni dövr ərzində işsizlik səviyyəsi isə 4,4 dəfə azalıb”, - deyə Balınin əlavə edib.

İqtisadçı bu nəticəni məntiqli adlandırıb və 2030-cu ilə qədər yoxsulluq səviyyəsinin ən azı 7%-ə, 2036-cı ilə qədər isə azı 5%-ə enəcəyini vurğulayıb.