Hansı halda işçiyə iki qat müavinət ödənilə bilər? | Banco.az

Hansı halda işçiyə iki qat müavinət ödənilə bilər?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Əmək qanunvericiliyinə əsasən, bəzi hallarda işəgötürən əmək müqaviləsinə xitam verdikdə işçiyə və ya onun vərəsələrinə müəyyən məbləğdə müavinət ödəməlidir. Bu müavinət işçinin əmək hüquqlarının qorunması və onun maddi durumunun təmin edilməsi məqsədi daşıyır.

Bəs hansı halda  işəgötürən əmək müqaviləsinə hansı bəndlərlə xitam verdiyi hallarda işçiyə əmək haqqının azı iki və üç misli miqdarında müavinət ödəməlidir?

Banco.az xəbər verir ki, əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c», 74-cü maddəsinin birinci hissəsinin “a” və “c” bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin "ç" bəndi ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödəyir.

Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdən çıxarma müavinəti ödənilir:

Ən sərfəli kredit üçün müraciət et

- bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında;

- bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında;

- beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;

- on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.

Xatırladaq ki,  Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən, əmək müqaviləsinə xitam verilərkən ödənilən birədəflik müavinətlər Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən, gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqqından azaddır.