Qorunan əmanət | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Qorunan əmanət

Qorunan əmanət (protected deposit) – rəsmi qanunvericiliyə əsasən, sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan, əmanətçiyə kompensasiya olunan əmanətdir. Aşağıdakı əmanətlər qorunan əmanətlərə aid edilmir: adsız borc qiymətli kağızlarının (adsız depozit sertifikatlarının) yerləşdirilməsi yolu ilə cəlb edilmiş pul vəsaitləri; bankın Azərbaycan Respublikasının ərazisindən kənarda açılmış bölmələri tərəfindən cəlb olunmuş əmanətlər; qeyri-qanuni yolla əldə edilmiş pul vəsaitinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı şübhəli əməliyyatlar nəticəsində qanunvericiliyə müvafiq qaydada müəyyən edilmiş əmanətlər; cinayət törədilməsi nəticəsində yaranması məhkəmə qərarı ilə təsdiq edilmiş əmanətlər; üzərinə həbs qoyulmuş əmanətlər;
fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri; fiziki şəxslərin bankın vəkalətli idarəetməsində olan pul vəsaitləri; ödəniş müddətlərinin başa çatıb-çatmamasından asılı olmayaraq əmanətçinin banka olan borcunun əsas məbləği və faizləri həcmində əmanəti; bank qarşısında öhdəliklərin təminatı olan əmanətlər.