Müəllif:Ayşən İmanova/Banco.az
Çin iqtisadiyyatı 2024-cü ilin son rübündə illik ifadədə 5,4% artıb.
Banco.az xəbər verir ki, bu barədə ölkənin Dövlət Statistika İdarəsi məlumat yayıb.
Bu nəticə üçüncü rübün 4,6 faizlik göstəricisini üstələyib və son 18 ayın ən yüksək göstəricisi olub.
“Trading Economics” analitiklərinə görə, orta ÜDM artımı proqnozu 5% səviyyəsində olub.
Çinin ÜDM artımı oktyabr-dekabr aylarında əvvəlki üç aylıq dövrlə müqayisədə 1,6% təşkil edib. İyul-sentyabr ayları üçün yenidən işlənmiş məlumatlar rüblük 1,3% artım göstərib ki, bu da ilkin bildirilən 0,9%-dən yüksəkdir.
Bütün 2024-cü il üçün Çin iqtisadiyyatı hökumətin hədəfinə tam uyğun olaraq 5% böyüyüb. 2023-cü ildə isə 5,2% artım qeydə alınıb.
Bundan əlavə,ötən il ölkə sakinlərinin adambaşına düşən orta gəliri 5,3% artıb.