Müəllif: Tamara Mustafayeva, Banco.az
Rusiya Maliyyə Nazirliyi ötən il ölkə büdcəsinin 3,49 trilyon rubl (təxminən 34,5 milyard dollar) kəsiri olduğunu bildirib.
Banco.az xəbər verir ki, Rusiya Maliyyə Nazirliyinin yaydığı yazılı bəyanatda ötən il büdcə gəlirlərinin 2023-cü illə müqayisədə 26 faiz artaraq 36,7 trilyon rubl təşkil etdiyi bildirilib.
Həmin dövrdə büdcə xərclərinin isə 24,2 faiz artaraq 40,19 trilyon rubla çatdığına diqqət çəkilən bəyanatda büdcənin ili 3,49 trilyon rubl kəsirlə tamamladığı qeyd edilib.
Rusiya hökumətinin büdcə xərclərinin bu il 41 trilyon rubldan çox olacağı gözlənilir.
Rusiya büdcəsi 2023-cü ildə 3,24 trilyon rubl kəsir vermişdi.
Qeyd edək ki, mütəxəssislər dünyanın ən böyük enerji ixracatçılarından biri olan Rusiyanın büdcə kəsirinin əsas səbəbi kimi Ukrayna müharibəsi səbəbindən artan hərbi xərcləri göstərirlər.
Bizi sosial şəbəkələrdən izləyin!!