Müəllif:Ayşən İmanova/Banco.az
İtaliyanın dövlət borcunun həcmi 2024-cü ilin noyabrında təxminən 23,9 milyard avro artaraq tarixi maksimuma çatıb və 3 trilyon avronu keçib.
Banco.az xəbər verir ki, bu barədə İtaliya Mərkəzi Bankı məlumat yayıb.
Hesablama sxeminə əsasən, İtaliya Bankı ölkənin dövlət borcunu dekabrda oktyabr, yanvarda isə əvvəlki ilin noyabr ayı üçün hesablayır. İtaliya Mərkəzi Bankının məlumatlarına görə, yeni hesablamalar ölkənin dövlət borcunun noyabrda əvvəlki ayla müqayisədə 23,9 milyard avro artaraq 3005 trilyon avroya çatdığını göstərib.
Artım Xəzinədarlığın likvid aktivlərinin (20,9 milyard avrodan 63,9 milyard avroya qədər) və dövlət idarəetmə ehtiyaclarının (3,2 milyard avro) artmasını əks etdirir.
İtaliyanın dövlət borcu üzrə əvvəlki antirekord 2024-cü ilin oktyabr ayının sonunda qeydə alınıb - 2,981 trilyon avro.
Qeyd edək ki, İtaliyanın dövlət borcunun ÜDM-ə nisbəti Avropa İttifaqında ikinci, dünyada isə ən yüksəklərdən biridir. 2023-cü ilin nəticələrinə görə, bu rəqəm 2020-ci pandemiya ilindən azalaraq 134% təşkil edib.