Azərbaycanda dekabrda gündəlik neft hasilatı üzrə göstərici açıqlanıb | Banco.az

Azərbaycanda dekabrda gündəlik neft hasilatı üzrə göstərici açıqlanıb

Ötən ilin dekabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 80 776 ton və ya 609 min barel olub.

Bunun 65 987 tonunu xam neft (487 min barel), 14 789 tonunu (122 min barel) kondensat təşkil edib.

    Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin 38-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2026-ci ilin sonunadək Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel (74 259 ton) təşkil edir.

    Ən sərfəli kredit üçün müraciət et

    Beləliklə, Azərbaycan dekar ayında "OPEC+" çərçivəsində kvotasından 8 272 ton və ya 64 min barel geridə qalıb.

    apa